İQTİDAR İRANA QARŞI YENİ TELEVİZİYA QURUR

Image


İQTİDAR İRANA QARŞI YENİ TELEVİZİYA 

QURURHakimiyyətin Tehrana yönəlik ideoloji demarşı
“BA” TV adlanacaq yayın orqanı informasiya müharibəsi üçün yaradılır; Elçibəyin siyasi xətti dirçəldilir; 35 milyon güneyliyə xitab olunacaq ki..

İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda rəsmi Bakı ciddi addım atmağa qərar verib. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir. Etibarlı, həm də mötəbər mənbəmizin deməsinə görə, Azərbaycan dövləti nə qədər məsələ qaldırsa da, İran TV-ləri, xüsusilə “Səhər” telekanalı ölkəmizə qarşı əks-təbliğat kampaniyasını və informasiya müharibəsini dayandırmır. Azərbaycanı daxildən parçalamağa, onun inanclı insanlarını dövlətə qarşı qoymağa və təhrik etməyə hesablanan bu müharibə son vaxtlar heç bir qayda tanımır. Azərbaycan iqtidarı ilə yanaşı, ölkəmizin demokratik düşərgəsini də hədəfə alan, hər kəsi “sionist” elan edən “Səhər” telekanalı və bu kimi KİV-lər İran prezidentinin ermənilərlə yaxın dostluğunu, onun timsalında mövcud İran rejiminin Ermənistana dəstək verməsini da görməzlikdən gəlir.

“Bütün bunları və bundan sonrakı gedişatı hesablayaraq, Azərbaycan dövləti adından belə bir qərar verilib ki, İran KİV-lərinin əks-təbliğat və informasiya müharibələrini neytrallaşdıra biləcək, üstəlik, təbliğat və əks-təbliğat fəaliyyətində daha üstün performans göstərməyə hesablanan yeni bir telekanal qurulsun”. Bizə bu məlumatı çatdıran mənbəmiz həm də iddia edir ki, artıq həmin telekanalla bağlı layihə ilkin olaraq razılaşdırılıb, bütün dəngələr hesablanıb; indi onun üçün rəhbər heyət seçilir və start verilməsi üçün “ideoloji hekayə” (yəni əsaslandırma) hazırlanır. Məsələ burasındadır ki, bizim iqtidarın sərt nəzarəti ucbatından Azərbaycanda yeni TV açmaq, faktiki olaraq, mümkün deyil. Bunu qəfildən kiminsə adına açsalar, təbii ki, dərhal bilinəcək ki, arxasında birbaşa ən yuxarılar dayanır; abırlı desək, dövlət layihəsi olacaq. Bu səbəbdən hətta ölkə rəhbərliyinə öncə təkliflər verildi ki, dəyərli soydaşımız Əhməd Obalının ABŞ-dan yayım yapan “GünAz” TV-si dirçəldilsin; ona örtülü ödənəkdən ciddi yardım edilsin; kadr heyəti gücləndirilsin; yayımının “TürkSat”-a qaytarılması, yaxud da başqa Avropa peyk ötürücülərinə keçirilməsi təmin edilsin: “Lakin sonradan bu plandan da vaz keçildi. Səbəbi dəqiq bilinmir; ola bilər ki, Cənubi Azərbaycan diasporunun bir-birinə düşmən qruplara bölünməsi, ya da ”GünAz” TV-nin yayım yapdığı ölkənin-ABŞ-ın təpkisi, yaxud da Əhməd bəyin Azərbaycan müxalifəti ilə isti münasibətləri burada rol oynayıb. Bəlkə də Azərbaycan iqtidarı növbəti dəfə istəyib ki, pul verdiyi hər şey onun nəzarətində olsun. Əhməd Obalı isə bu cür çərçivələrə qarşıdır… “
Əbülfəz ElçibəyMənbəmiz deyir ki, bütün bunlardan sonra qərar verilib ki, yeni televiziyanın yayımı elə Azərbaycanın öz ərazisindən olsun və qətiyyən də gizlədilməsin ki, bu yayım İranın analoji addımına qarşıdır: “Bu, bir prosesdir. Azərbaycan iqtidarı İran rejimindən böyük təhlükə görür və bunu önləmək üçün hərəkətə keçib. İndiyə qədər bu istiqamətdə olan bütün təklifləri qulaqardına vuran iqtidar indi təcili olaraq İrana qarşı sərih cəbhə açmaq üçün bütöv azərbaycançı kadronu dünyada və Azərbaycanda bir yerə yığır… Yeni TV-yə isə bir vaxtlar Elçibəyin bu istiqamət üzrə yanında və xəttində olmuş tanınmışlardan birini qoymaq istəyirlər”. Bu şok bilgiləri paylaşan mənbəmizin özünə də bəlli deyil ki, yeni TV-nin başına konkret olaraq kimi gətirəcəklər: “Amma bu, Cənubi Azərbaycan-İran mövzusunda can qoyan və tanınan simalardan biri olacaq”.
Qaynağımız yeni TV-nin adının bir neçə variantı olduğunu da qeyd edir. Onun məlumatına görə, ölkə rəhbərliyi daha çox “Bütöv Azərbaycan” (“BA” TV) adına isti yanaşır: “Lakin tərəddüdlər də var. Bu ad mərhum Elçibəylə bağlıdır. Bu səbəbdən yeni televiziya bu cür adlandırılmaya da bilər… ”
Sabir RüstəmxanlıBəs belə bir TV-nin yayıma hazırlandığı, ölkəmizin iqtidarının belə bir strateji qərar ərəfəsində olduğu barədə Güney Azərbaycan missiyasının tanınmış simaları xəbərdar olunublarmı? Onların bəzilərindən bu mövzuda aldığımız rəylər bizi təəccübləndirdi. Belə məlum olur ki, bu mühüm proses o dərəcədə məxfi aparılır ki, ondan Güney missiyasının bütün kateqoriyadan olan simaları xəbərsizdirlər. Ya da onlara deyilib ki, bu barədə “xəbərsizəm” söyləsinlər. Məsələn, Güney Azərbaycan missiyasının ciddi təşkilatlarından olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı müxbirimizə deyib ki, bu barədə onda heç bir məlumat yoxdur. Sabir bəy deyir ki, dövlətin belə bir addım atacağı real görünmür: “Ancaq qeyri-hökumət təşkilatları bu istiqamətdə bir iş görə bilər”.
S.Rüstəmxanlı müxbirimizə onu da deyib ki, DAK-ın Bütöv Azərbaycan məsələsi ilə bağlı internet televiziyası açmaq fikri var: “Növbəti qurultayımız ərəfəsində belə bir addım atmaq niyyətindəyik. İnternet zamanında elə o kanal müəyyən fikirləri çatdırmağa bəs edir. Güneydə proseslər elə bir dövrə gəlib çatıb ki, ya rəsmi dairələr, ya bizim diaspora qurumları, ya da QHT-lər hansı yolla olursa-olsun, Güneylə mədəni, mənəvi, ideoloji, hətta siyasi iş aparmalıdır. İstənilən halda bu proseslər getməlidir. Yoxsa biz yenə də dünyada gedən oyunlarda hədəfə çevrilə bilərik. Belə olan təqdirdə isə təbii ki, öz problemlərimizi diktə edə bilmərik”…
Bütöv Azərbaycan Birliyinin sədr müavini Arzu Səmədbəyli də deyib ki, bu barədə heç bir məlumatı yoxdur. Lakin bizim qaynağımız, birbaşa aparılan məxfi işin içində olmasa da, mötəbərdir, bilgilidir və iddia edir ki, verdiyi məlumatlar bu ilin sonuna qədər reallaşacaq: “İqtidar 2012-ci ildə həddindən artıq çəkindiyi İran rejiminin informasiya müharibəsinə analoji cavab mexanizmini – ”Səhər” televiziyasına qarşı eyni mahiyyətli televiziyanı quracaq. İqtidar texnoloqları hesab edirlər ki, Azərbaycanın İranın daxilinə, onun cəmiyyətinə xitab etmək imkanları daha genişdir. “Bu, məsələdə haqlıdırlar. Elçibəyin xəttindən və missiyasından faydalanmağa çalışacaqlar… Orada 35 milyon azərbaycanlı yaşayır. Onlara xitab edəcək, İran rejimini və onun daxili siyasətini hədəfə alacaq bir yayın orqanı daha çox müvəffəqiyyət qazanar, nəinki əksinə, İrandan Azərbaycana xitab edənlər”.
Mənbəmiz deyir ki, bu məsələ İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirəcək: “Lakin əvəzində Azərbaycan iqtidarı ABŞ, İsrail və xüsusilə Türkiyəni arxasına almağı düşünür. İqtidara hansısa yollarla məlumat daxil olub ki, bu ilin ortalarından başlayaraq, İranı daha çox sıxacaqlar, başı özünə qarışacaq, hətta hərbi müdaxilə də ola bilər… ”
Mənbə onu da qeyd etdi ki, yeni TV ölkəmizin cənub istiqamətindəki rayonların birində fəaliyyət göstərən yerli televiziyanın bazası əsasında da qurula bilər.

Q. ASLAN, E. PAŞASOY

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER