İNTİQAM İBRAHİMOGLU : “İNSANLARIN ŞUURLARININ DƏYİŞMƏSİ SİVİLİZASIYANIN DƏYİŞMƏSİNƏ SƏBƏB OLUR”

Azerbaycan ve Avropaİndi də bu dəyişikliklər baş verməkdədir. İnsan bu dəyişikliklərlə nəyi əldə edir? Mənim fikrimcə ilk öncə aldığı təlim-tərbiyə, düzgün istiqamətləndirilmiş həyata baxış, bir də, maariflənmə ilə bunun izahını tapmaq mümkündür.Bəs bizim cəmiyyətdə bunlara nə qədər doğru riayət olunur? Fikrimi belə bildirmək istərdim.

Ölkənin idarə üslubu olmalıdır, – deyə düşünürəm. İlk öncə ailə məişət institutları fəaliyyətdə olmalı, ibtidai dərsliklərdən başlamış ali təhsilə qədər, insanın dəyərlərinin öyrənilməsinin vaciblikdən vacib olduğunu hesab edirəm. Hətta bu kiçik yaşlardan – ilk test imtahanlarından, başlamış ali testlərə qədər xüsusi əhəmiyyət kəsb edir. Sonra isə onu iş fəaliyyətinin yoxlanılması ən vacib məsələlərdən biri sayılmalıdır.
Mən, ölkədə çalışmaların əldə olunması istiqamətində hansı işlərin görülməsi və ya bundan sonra görüləcəyindən uzaqda yaşadığım üçün xəbərdar deyiləm. Ancaq cəmiyyətin bu qədər mədəniyyətinin aşağı səviyyədə olması mənə məlumdur və bu onu göstərir ki, hələ də lazını işlərin görülməsinə start verilməyibdir. Olmazmı ki ilk öncə vətəndaşlarımızın sağlam düşüncəsi yolunda əməli işlər görək?
Son illər ərzində insan əxlaqı ilə bağlı hər hansı bir yeniliyin şahidi olubsunuzmu?
Əksinə, ölkədə insani dəyərlərin getdikcə itirilməsi, ailə və cəmiyyətdə dava-dalaşın eləcədə bir sıra cinayətlərin çoxaldığını görürük. Bunun səbəbini axtarıb-araşdırmaq və bu yolda hər hansı nəticəni əldə etmək üçün çalışmaq lazım deyilmi?
Sosial internet şəbəkələrdə bir çox vətəndaşlarımızın, həqiqətən həm cəmiyyətdən və həm də hakimiyyət strukturlarından narazı qalmaları onu göstərir ki, ölkədə vətəndaşların idarə olunması hələ də düzgün istiqamətləndirilmir. Vətəndaşlarımızın maarifləndirilməsi işinə biganə yanaşılması, gücsüz ziyalı təbəqəsinin şüurunda sual yaradır.
Vətəndaşlarımızın kimlərin nə işə sahib olması barədə (pulun necə qazanılması, korrupsiya yolu ilə necə varlanmaq yolları) xəbərləri vardır. Ancaq cəmiyyətin formalaşması istiqamətində vətəndaşımızın problemlərini çözə biləcək bir kəsi tapmaq mümkün deyil.
Belə bir ölkədə yaşayanlar gərək “palaza bürün, ellə sürün” məsəli ilə ömürlərini çürütmüş olurlar, fikirni ifadə etsəm heç kəs məndən inciməsin. O üzdən insani dəyərlərimizi bərqərar etmək istiqamətində, pulun varlığı ilə deyil, insanlığımızın, mənəviyyatımızın və ziyalılığımızın varlığını yüksək tutmalıyıq.
Adicə bir misal göstərmək istəyirəm, sabah tezdən hamının ilk öncə etdiyi münasibət, sabahınız xeyir sözü ilə başlasa və bundan sonrakı addımlar mədəni, mənəvi dəyərlərlə, xoş təəssüratla ünsiyyətdə olmaq, hamını bu kimi düşüncədə formalaşdırmaq və insani xidmətlər göstərmək, məncə vətəndaşlarımızın mədəni səviyyəsinin artmasına səbəb olar. Kimliyindən asılı olmayaraq, qarşılığı qənaətbəxş olmasa, o zaman cəmiyyət onu qınamalıdır və düşünürəm ki bu istiqamətdə də davam etməlidir. Məhz demokratik prinsiplərin təkmilləşdirilməsi, mədəni sivil cəmiyyətin formalaşması istiqamətində az bir müddət ərzində çox işlərin görülməsində fayda ola bilər.
Ölkədə vətəndaşlarımızı sevən məmurlar var, ancaq vətəndaşlarımızı kölə kimi sayanlar da az deyil, buna rəğmən, bu cür məmurlar vətəndaşlarımızın qənimi sayılır. Yəni onları qorxu altında yaşatmağa nail olur, çirkin niyyətlərindən əl çəkmirlər. Bu da cəmiyyətin yalançı, riyakar kimi formalaşmasına səbəb olur.
İntiqam Məmmədov (Almaniya)

Bu slayt gösterisi için JavaScript gerekir.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER