GÜLTƏKİN HACIBƏYLİ : “İRANIN ÇEVRƏSİ DARALDIQCA ÖZÜNÜ QORUMA HƏRƏKƏTLƏRİ AQRESSİVLƏŞİR”

GÜLTEKINİrana həmlə olduğu təqdirdə Azərbaycan sərhədlərində milyonlarla qaçqın dalğası yarana bilər. Bu qaçqın ordusunun qarşısında duruş gətirmək Azərbaycan üçün çox çətin olar.
Siyasi təhlilçi Gültəkin Hacıbəyli Amerikanın Səsi radiosuna İran ətrafındakı son durumla bağlı müsahibə verib. Təhlilçi hesab edir ki, İran ətrafındakı gərginlik dərinləşdikcə, bu ölkənin Azərbaycana qarşı münasibətləri daha tənqidi olur. Artıq İranda Azərbaycan rəhbərləri, müstəqilliyi əleyhinə fikirlər açıq səsləndirilir.
Xatırladaq ki, xanım Hacıbəyli Azərbaycan Milli Məclisinin iki çağırış deputatı, beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədr müavini, Azərbaycan Milli Məclisinin Avropa Şurasında daimi nümayəndə heyətinin üzvü olub.

Gültəkin Hacıbəyli: “Dünyanın oyun qaydalarını, dəyərlərini qəbul etməyən İranın atom silahı əldə etməsi sözsüz ki, bölgəmiz üçün böyük təhdiddir. Bu baxımdan tələskənliyi anlayıram”.

Sual: İran ətrafında vəziyyətin gərginləşməsi Azərbaycan-İran münasibətlərinə hansı təsirləri göstərə bilər?
Cavab: İran ətrafında vəziyyət son həftələrdə özünü daha bariz göstərməkdədir. İran üzərinə basqılar artdıqca, İranın çevrəsi daraldıqca, İrana qarşı təhdidlər real mahiyyət aldıqca bu dövlətin özünüqoruma hərəkətləri daha da aqressivləşir. Həm Azərbaycan xalqına, həm Azərbaycan prezidentinə, dövlət müstəqilliyinə qarşı çox kobud təhdidlərin şahidi oluruq. Bu təhdidlərə Azərbaycan tərəfi də sərt şəkildə cavab verməkdədir. Bu da təbii ki, ABŞ və onun müttəfiqlərinin İrana qarşı daha ciddi addımlar atacağı, İranın daxilindəki narazılığa kənardan daha ciddi dəstək veriləcəyi təqdirdə Azərbaycan Respublikasından da İrana qarşı istifadə ediləcəyi ehtimalının qarşısını almaq və bəri başdan Azərbaycanı buna qarşı təhdid etmək və şantaj etmək siyasətinin tərkib hissəsidir. Düşünürəm ki, İranın Azərbaycana qarşı hərəkətləri kifayət qədər perspektivsiz cəhddir. Əgər, dünyanın siyasi gücləri qərar qəbul edibsə, Suriyadan sonra İran gündəmdə bir nömrəli məsələ olacaq. Artıq, bu belədir. Amerika dövlət katibi Hillari Klintonun məlum müraciəti var. O, çox açıq şəkildə İran xalqını, İran gəncliyini öz hüquqlarının müdafiəsinə çağırır. Bunun ardınca, dünya birliyi qərar qəbul edibsə və bu proses İranın daxilində ciddi dəstəklənirsə İran hakimiyyəti bu prosesin qarşısını heç bir təhdid və şantajla ala bilməyəcək.
Sual: Eyni zamanda, İran bəyan edib ki, Amerika və İsrail İrana zərbə endirərsə İran da Amerikanın müttəfiqlərini və regiondakı obyektlərini bombardman edə bilər. Bu nöqteyi-nəzərdən İranın Azərbaycana münasibətinə necə baxırsınız?
Cavab: Amerikanın regiondakı müttəfiqi dedikdə, ilk öncə İsrail nəzərdən keçirilməlidir. İsrailin əhali və ərazi baxımdan İrana nisbətən kiçik ölkə olduğunu nəzərə alsaq İranın bu təhdidlərinin ciddi olduğunu nəzərə ala bilərik. Amerikan regionda İsraildən sonra ikinci müttəfiqi sözsüz ki, Azərbaycandır. Eyni zamanda, Azərbaycan da ərazi və əhali baxımından İrandan daha kiçik ölkədir. İranın Azərbaycanı təhdid etmək imkanları daha genişdir. İran Türkiyəni də Amerikanın bölgədə daha yaxın müttəfiqi kimi görür. Amma, İran Türkiyəyə qarşı hər hansı qabaqlayıcı və ya qarşılıqlı addım atmaqdan öncə daha çox düşünməyə məcburdur. Çünki, Türkiyə böyük və qüdrətli dövlətdir. İranın belə əndişələri var. Digər tərəfdən, dünya birliyinin də İranla bağlı planlarında çox ciddi reallıq var. Çünki, İranın nüvə silahı istehsalına çox yaxın olması ilə bağlı fikirlər var. Bu barədə İsrailin prezidenti Şimon Peres də fikirlərini səsləndirib. İran altı aya, bəlkə də bir ilə nüvə silahı əldə edə bilər. Dünyanın oyun qaydalarını, dəyərlərini qəbul etməyən İranın atom silahı əldə etməsi sözsüz ki, bölgəmiz üçün böyük təhdiddir. Bu baxımdan tələskənliyi də anlayıram. Amma, düşünmürəm ki, Amerika bölgədə İsrailin, Azərbaycanın mövcudluğunu, Azərbaycanda Amerikanın iqtisadi maraqlarını (Bakı-Tbilis-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri) nəzərə almaqla gücdən əlahiddə istifadə variantına üstünlük versin. Əgər, Amerikanın İrana həmlələri olacaqsa, bu kifayət qədər səliqəli və nöqtə effektli addımlar ola bilər. Amma, Amerika üçün də, dünya üçün də ən məqbul variant ondan ibarətdir ki, İranın daxilində vətəndaşların demokratiya, azadlıq, ümumbəşəri dəyərlər və insan haqlarına qovuşmaq istəkləri dəstəklənsin.
Sual: İrana qarşı siyasi gərginlik hərbi gərginliyə keçərsə Azərbaycanı hansı problemlər, o cümlədən humanitar problemlər gözləyə bilər?
Cavab: Sözsüz ki, çox böyük problemlər yarana bilər. Azərbaycan çox böyük siyasi anlayışdır. Əslində, bizim Şimali Azərbaycan kimi qavradığımız Azərbaycan, tarixi Azərbaycanın bəlkə də beşdə biri ola bilər. Azərbaycanın tarixi ərazisinin böyük bir hissəsi – Cənubi Azərbaycan İran ərazisidir və orada 35 milyon soydaşımız yaşayır. İrana xaricdən hər hansı həmlə olduğu təqdirdə Azərbaycan sərhədlərində milyonlarla qaçqın dalğası yarana bilər. Bu qaçqın ordusunun qarşısında duruş gətirmək Azərbaycan üçün çox çətin olar. Bir daha qeyd edim ki, Azərbaycan Respublikasında 9 milyon azərbaycanlı yaşadığı halda, Cənubi Azərbaycanda – İranda 35 milyon azərbaycanlı var. Hadisələrin inkişafı bu istiqamətdə olarsa, Azərbaycan Respublikası İrandakı digər millətləri də humanitar məzmunda qarşılamağa hazır olmalıdır.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER